Dünya futbolu
Çempionlar Liqasının formatı dəyişə bilər
UEFA yaxın gələcəkdə Çempionlar Liqasında islahatlar apar…
UEFA yaxın gələcəkdə Çempionlar Liqasında islahatlar apara bilər. Qurum qrup mərhələsinin formatını dəyişmək niyyətindədi.
Hazırda 2024/25 mövsümündən başlayaraq qruplarının sayının azaldılması müzakirə olunur. Ancaq bu planda dəyişiklik olsa belə, qrup turnirində komandaların sayı olduğu kimi qalacaq. İndi 32 klubun 8 yox, 4 qrupa bölünməsi təklif olunur. Bu isə hər qrupda 8 komandanın yarışması deməkdir. Qruplarında ilk 4 yeri tutacaq klubların pley-off mərhələsinə vəsiqə qazanması nəzərdə tutulur.
Avropa Klublar Assosiasiyasının (AKA) irəli sürdüyü ideya ÇL-də oyun sayının, bunun sayəsində isə gəlirlərin artırılmasına hesablanıb. Yəni təklif UEFA tərəfindən qəbul olunsa, komandalar qitənin ən nüfuzlu turnirində mövsüm ərzində ümumilikdə 94 yox, 224 oyun keçirməli olacaqlar. AKA-nın klublara ölkədaxili matçlarını həftəiçi, ÇL oyunlarını isə həftəsonu keçirməyi təklif edəcəyi də bildirilir.