I Liqa
Divizion klublarının cəzası açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Zirə-2” – “Sabah-2” matçının 37-ci dəqiqəsində “Zirə-2”-nin futbolçusu Pərdis Fərcad Azad ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Səbail-2” – “Neftçi-2” matçında “Neftçi-2”-nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Sumqayıt-2” – “Zaqatala” matçında “Sumqayıt-2”-nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 39-cu dəqiqəsində “Sumqayıt-2”-nin futbolçusu Baxşəli Baxşəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Şüvəlan” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.