Dünya futbolu
“Valensiya”dan yeni rekord
İspaniyanın “Valensiya” klubu yeni rekorda imza atıb.
…
İspaniyanın “Valensiya” klubu yeni rekorda imza atıb.
Futbolinfo.az xəbər verir ki, La Liqanın 30-cu turu çərçivəsində ötən gecə Madrid “Real”ına 2:1 hesabıyla qalib gələn bu komanda bütün turnirlər daxil olmaq şərtilə artıq 17 oyundu məğlubiyyət tanımır.
“Valensiya” sonuncu dəfə belə uğurlu seriyaya 1941/42 mövsümündə nail olub. Həmin mövsümdə sözügedən klub bütün turnirlər daxil olmaqla 16 oyunluq məğlubiyyətsizlik seriyası əldə etmişdi.