Dünya futbolu
Sosial şəbəkədə futbol: hamı narazıdı
Azarkeşlər sosial şəbəkədə fəallığını davam etdirir. Ö…
Azarkeşlər sosial şəbəkədə fəallığını davam etdirir. Ölkə futbolunda başverənlərə də ən doğru münasibəti elə onlar göstərir.
“Azərbaycan Futbolu” səhifəsinin bir paylaşımı diqqət çəkir: “Nikola Yurçeviç deyirdi ki, "Sumqayıt" yeganə komandadır ki, oradan ürəyim istəyən futbolçunu milliyə dəvət edə bilərəm. Yəni, bu adam "Sumqayıt"ı millinin bazası hesab edirdi artıq. Niyə? Çünki onun millinin baş məşqçi postuna gəlişində "Sumqayıt"ın prezidenti Riad Rəfiyevin birbaşa əli var.
Dünən də Nikola bəy, sevimli, sonuncu pillələrdə sürünən "Sumqayıt"ının "Qarabağ"la görüşünü stadiondan canlı izləyibmiş. 0:6 hesabından sonra başını itirib, bilməyib neynəsin…”
Son zamanlar fanatlar çox aqressivləşib. Bəzi məmurlar davranışlarında və danışıqlarında həyasızlıq etdikcə, onların da əsəbləri tarıma çəkilir. Bu səbəbdən təhqir dolu statuslar çoxalıb. Amma fikrini daha sakit bildirənlər də var. Məsələn, AFFA-nın baş katibi Elxan Məmmədova xitabən edilən paylaşımdakı kimi: “Bu qədər çətindirmi çıxıb getmək?”
Zaqatala, ümumiyyətlə, Azərbaycan futbolunun sadiq azarkeşlərindən olan İnqilab Soltanov isə Aslan Kərimovun “CBC Sport”dan uzaqlaşdırılmasına maraqlı şərh verib: “Azərbaycan futbolunun Aslanını tülkülər parçaladı”.
Feysbukda seçilən səhifələrdən olan “9luq” və “Tribuna” yenə maraqlı fotolarla gündəmdədi. Şəkilüstü sözlər də öz yerində…