Dünya futbolu
“Ayaks”dan 12,5 milyon avroluq transfer
Hollandiyanın “Ayaks” klubu mövsümün sonun…
Hollandiyanın “Ayaks” klubu mövsümün sonunda “Barselona”ya keçəcək Frenki de Yonqa əvəzləyici tapıb.
Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, Erediviziya təmsilçisi Belçikanın “Standard” klubundan Razvan Marini transfer edib. Rumıniyalı yarımmüdafiəçiylə 2024-cü ilin yayına qədər sözləşmə imzalanıb.
“Ayaks” 22 yaşlı futbolçu üçün “Standard”a 12,5 milyon avro ödəyəcək. Marin mövsümün sonunda komandaya qoşulacaq.
“Ayaks”ın yarımmüdafiəçisi Frenki de Yonq mövsümün sonunda “Barselona”ya keçəcək. Kataloniya təmsilçisi holland futbolçu üçün hollandlara 75 milyon avro ödəyəcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib