Premyer-liqa
“Sabah”dan əzmkar qələbə
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü…
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 23-cü tura yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, turun qapanış oyununda “Sabah”la “Səbail” üz-üzə gəlib.
Elşad Əhmədovun çalışdırdığı kollektiv bu oyunda uğursuz gedişata son qoymağı, Aftandil Hacıyevin komandası isə üçüncü pillədəki mövqeyini qorumağı hədəfləmişdi. Qarşılaşmada hesabı "Səbail" açıb. Amma sonradan 3 qol vurmağı bacaran "Sabah" əzmkar qələbəyə imza atıb.
Azərbaycan Premyer Liqası
23-cü tur
7 aprel
“Sabah” – “Səbail” 3:1
Qol: F.İvanoviç, 32. C.İmamverdiyev, 66. V.Silva, 69 – E.Perilya, 1.
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Rauf Allahverdiyev.
Masazır. “Əlincə Arena”, 16:30.
Sabah: 30. Saşa Stamenkoviç, 17. Təmkin Xəlilzadə, 7. Rəşad Eyubov, 6. Vadim Abdullayev, 10. Cavid İmamverdiyev (k), 13. Filip İvanoviç, 25. Vanderson Silva, 15. Erik Ramos, 9. Marko Deviç, 11. Elgün Nəbiyev, 33. Eltun Turabov.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 96. Əmirhüseyn Nəcəfi, 21. Novruz Məmmədov, 19. Məqsəd İsayev, 4. Tərzin Cahangirov, 27. Bəxtiyar Soltanov, 88. Elçin Əsədov, 12. Zahid Mərdanov, 97. Emil Qasımov, 77. Şakir Seyidov.
Baş məşqçi: Elşad Əhmədov.
Səbail: 1. Aleksandr Rıbka, 26. Kamal Qurbanov, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 33. Tome Kitanovski, 4. Enrike Perilyo, 8. Yevgeni Koçuk, 27. Emil Martinov, 28. Kevin Kubemba, 7. Fəhmin Muradbəyli.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 20. Eltun Yaqublu, 5. Vüqar Bəybalayev, 3. Tamazi Tsetsxladze, 21. Akpoveta Oke, 9. İmanol İriberri, 6. Maykl Essyen, 18. Aqşin Qurbanlı, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.