Premyer-liqa
“Deviçin sıraya dönməsi bizim üçün faydalı oldu”
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərba…
“Sabah”ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları söyləyib:
– Maraqlı oyun keçdi. İlk dəqiqələrdə qol buraxmağımıza baxmayaraq, yaxşı oynadıq. İkinci hissə daha maraqlı oldu. Hücumlarda keyfiyyət görünürdü. Deviçin sıraya dönməsi bizim üçün faydalı oldu. Komandamı təbrik edirəm.
– Eltun Turabovun Şakir Seyidovla əvəzlənməsi nəylə bağlı idi?
– Nəticəyə görə. Şakir perspektivli oyunçudu. Onun gələcəkdə daha yaxşı olacağına inanırıq.
– Bu qələbəyə görə mükafat olacaqmı?
– Qədərini bilmirəm, ancaq bəli, olacaq.
– Bu qələbəylə "Sabah" özünə qayıdırmı?
– Artıq futbolçularda inkişaf görünür. Hər oyuna istəkli çıxırlar.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib