Dünya futbolu
“İnter”lə “Napoli” doğma meydanda xal itirdi
Futbol üzrə İtaliya A Seriyasında 31-ci turun oyunları ke&cce…
Futbol üzrə İtaliya A Seriyasında 31-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, turun əksər görüşləri bazar gününə təsadüf edib.
“Fiorentina” evdə “Frozinone”yə məğlub olub. “Kalyari” SPAL-ı, “Udineze” isə “Empoli”ni məğlub yola salıb.
“İnter” – “Atalanta” matçında hesab açılmayıb. Dörd qolun qeydə alındığı “Latsio” – “Sassuolo” görüşündə də qalib müəyyənləşməyib. Liderin əsas izləyicisi “Napoli” isə bu dəfə “Cenoa” ilə ev oyununda xal itkisi ilə üzləşib.
İtaliya A Seriyası
31-ci tur
6 aprel
Parma – Torino 0:0
Yuventus – Milan 2:1
Qol: Dibala, 60-pen. M.Ken, 84 – Pyontek, 39.
Sampdoriya – Roma 0:1
Qol: De Rossi, 75.
7 aprel
Fiorentina – Frozinone 0:1
Qol: Çiofani, 84.
Kalyari – SPAL 2:1
Qol: Faraqo, 3. Pavoletti, 60 – Antenuççi, 18-pen.
Udineze – Empoli 3:2
Qol: De Paul, 15; 41-pen. Mandraqora, 45 – Kaputo, 11. Kruniç, 24.
İnter – Atalanta 0:0
Latsio – Sassuolo 2:2
Qol: İmmobile, 53-pen. Luliç, 90 – Rocerio, 57. Berardi, 89.
Napoli – Cenoa 1:1
Qol: Mertens, 34 – Lazoviç, 45.
8 aprel
22:30 Bolonya – Kyevo