Dünya futbolu
Ozanla Dəniz Türkiyədə üz-üzə gəldi
Futbol üzrə Türkiyə 1-ci liqasında 28-ci turun oyunları …
Futbol üzrə Türkiyə 1-ci liqasında 28-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Girəsunspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın komandasını – “Gənclərbirliyi”ni qəbul edib. Qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsiylə başa çatıb.
Ozanla Dəniz də bu matçın iştirakçısı olub. Kökçü start heyətdə meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib. Yılmaz isə 65-ci dəqiqədə meydana buraxılıb.
28 turdan sonra 58 xala malik “Gənclərbirliyi” zirvəyə şərikdi. 28 xala malik “Girəsunspor” isə 18 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”