Premyer-liqa
İvanoviç: “Bu qələbənin onlar üçün nə qədər əhəmiyyətli olduğunu bilirik”
Futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turu &cce…
Futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Səbail” üzərində qələbə (3:1) “Sabah”ın müdafiəçisi Filip İvanoviç üçün ikiqat sevindirici olub.
Futbolinfo.az xəbər verir ki, bu oyunda hesabı bərabərləşdirən serbiyalı futbolçu, həm də, Premyer Liqada ilk qolunu vurdu.
Filip klub saytına açıqlamasında “Səbail”lə oyun barədə fikirlərini bölüşüb:
“Çətin qələbə qazandıq. Meydanda əsl xarakter nümayiş etdirdik və sübut etdik ki, bu komandanın böyük bacarığı var. Bu qələbəni klub rəhbərliyinə, məşqçi heyətinə həsr etmək istərdik. Çünki bu qələbənin onlar üçün nə qədər əhəmiyyətli olduğunu bilirik. Həmçinin, bizi daim dəstəkləyən azarkeşlərimizə də təşəkkür edirəm.
Komandada ilk qolumu vurduğuma görə şadam. Sevinirəm ki, bu qol bizim çətin qələbəmizə töhfə verdi. Ancaq bu matç artıq geridə qaldı. İndi diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar