Dünya futbolu
Emil Balayevin komandası 1/4 finalda
Futbol üzrə Qazaxıstan Kubokunda 1/8 final mərhələsinin oyun…
Futbol üzrə Qazaxıstan Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə 1-ci liqa təmsilçisi “Aksu” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan inamlı qələbə ilə ayrılıb – 3:0. Nəticədə, “Tobol” Qazaxıstan Kubokunda növbəti mərhələyə yüksəlib.
Emil bu görüşün iştirakçısı olmayıb. Millimizin üzvü "Tobol"a keçəndən sonra ilk dəfə əsas heyətdən kənarda qalıb.
Kostanay təmsilçisinin 1/4 finaldakı rəqibi aprelin 12-də baş tutacaq püşklə müəyyənləşəcək. Mayın 8-də keçiriləcək bu mərhələdə qalib bir görüşlə müəyyənləşəcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib