Dünya futbolu
“Monako” Valdeslə danışıqlara başladı
Ötən mövsüm "Barselona"nın futbolçus…
Ötən mövsüm "Barselona"nın futbolçusu Viktor Valdesi transfer etmək istəyən, ancaq buna nail ola bilməyən "Monako" ispan qapıçı ilə yenidən danışıqlara başlayıb. Futbolinfo.az xəbər verir ki, mövsümün sonunda "Barsa"dan ayrılacaq təcrübəli qolkiper barədə yayılan xəbərləri vaxtilə həm "Barselona", həm də "Monako" forması geyən və ötən il futbolçu karyerasını başa vuran Lüdoviq Jüli də təsdiqləyib:
"Monako" Valdeslə danışıqlara başlayıb. O, Fransa klubunun onunla maraqlanmasından məmnun olduğunu mənə söylədi. Valdesin nə qərar verəcəyini bilmirəm. Amma onu "Monako"da görmək istəyərəm".
Valdesin “Barselona” ilə müqaviləsi cari mövsümün sonunda bitir.