Ölkə futbolu
Aftandil Hacıyevin əvəzinə rus məşqçi?
“Səbail” baş məşqçi axtarışına çıxı…
“Səbail” baş məşqçi axtarışına çıxıb. “Dənizçilər” Aftandil Hacıyevi əvəz etmək üçün əcnəbi sorağındadı.
Klub rəhbərliyi komandanı avrokuboklara çıxarmaq üzrə olan Hacıyevin işindən məmnun deyil. Aftandil bəy özünün debüt ilində çox böyük işlər görsə də, rəhbərlikdəki AFFA dəstəsinin bu mütəxəssisi görməyə gözü yoxdu.
Hazırda nəticələr məşqçidən narazı qalmağa əsas vermir. Amma yayda mütləq bu məsələyə qayıdılacaq. “Qəbələ”nin 3-cü yeri tutması, kuboku da “Sumqayıt” – “Zirə” cütlüyündən birinin alması təqdirində, “Səbail” qitə yarışlarından kənar qalacaq. Bu, Hacıyevi qovmaq istəyənlər üçün göydəndüşmə bəhanə olacaq. Əcnəbi gətirmək, onun vasitəsi ilə büdcəni talan etmək istəyən bir qrup klub rəsmisi məhz belə ssenarini arzulayır.
Hətta avrokuboka vəsiqə qazanılsa da, Hacıyevin təcrübəsizliyini bəhanə edərək, guya daha böyük hədəflərə köklənmək üçün legioner çalışdırıcı gətirilməsi gündəmdədi. Menecerlərə axtarış aparmaq, namizədləri müəyyənləşdirmək üçün əl altından tapşırıq verilib.
“Futbolinfo”nun əldə etdiyi məlumata görə, Ukrayna klublarında da işləmiş bir rus məşqçi ilə ilkin danışıqlar olub. Bakıya dəvət edilən mütəxəssisin kimliyini öyrənən kimi oxuculara məlumat verəcəyik.
- Ölkə futbolu2024-05-15 15:38
AFFA 6 kluba lisenziya verdi
- Ölkə futbolu2024-05-15 09:42
Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq
- Ölkə futbolu2024-05-15 14:39
Premyer Liqanın ən reytinqli futbolçusu: ilk 6 yer “Qarabağ”ın oldu
- Müsahibə2024-05-15 08:00
Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”