Ölkə kuboku
“Qarabağ” onu itirdi: Həm zədə, həm də cəza
“Qarabağ” ölkə kubokunun yarımfinal mərhələsini…
“Qarabağ” ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda “Qəbələ”yə 0:1 hesabıyla məğlub olub.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubu bu oyunda ciddi itki ilə də üzləşib. Belə ki, sözügedən komanda cavab oyununda Maksim Medvedevin xidmətindən yararlana bilməyəcək.
Buna onun Qəbələdə baş tutan matçın ilk hissəsində sarı vərəqə ilə cəzalanması səbəb olub. Bu mövsüm kubokda ümumilikdə 4-cü dəfə xəbərdarlıq alan müdafiəçi cəzalı duruma düşüb.
Bu azmış kimi, matçın sonlarında Maksim ağır zədə də alıb. İstisna deyil ki, təcrübəli oyunçunun zədəsi ciddi olsun və bir müddət yaşıl meydanlardan kənarda qalsın.
Medvedevin mayın 1-də Bakıda keçiriləcək cavab qarşılaşmasında oynaya bilməyəcəyi dəqiqdi.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…