Dünya futbolu
“Mançester Siti” və Qvardioladan rekord
“Mançester Siti” İngiltərə Premyer Liqasının 3…
“Mançester Siti” İngiltərə Premyer Liqasının 31-ci turundan təxirə salınmış oyunda “Mançester Yunayted”i məğlub edib.
Futbolinfo.az xəbər verir ki, 2:0 hesabıyla qələbə qazanan “şəhərlilər” yeni rekorda imza atıb. Belə ki, “Mançester Siti” bu mövsüm bütün turnirlər daxil olmaqla 157 qol vurub. Bu, “şəhərlilər”in klub tarixində bir mövsümdə vurulan ən çox qoldur. Bundan əvvəlki rekord 156 qolla, 2013/14 mövsümündə qeydə alınmışdı.
Xosep Qvardiolanın rəhbərlik etdiyi kollektiv ardıcıl 3 mövsümdür ki, Premyer Liqada “Mançester Yunayted”i səfərdə məğlub edir. İspan mütəxəssisdən əvvəl heç kim bunu bacarmayıb.
“Mançester Siti” 89 xalla birinci, “Liverpul” isə 88 xalla 2-ci sırada qərarlaşıb.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar