Dünya futbolu
“Roma”nın futbolçusu karyerasını başa vurdu – 21 yaşında
İtaliyanın “Roma” klubunun gənc futbolçusu Nura …
İtaliyanın “Roma” klubunun gənc futbolçusu Nura Abdullahi karyerasını başa vurmaq məcburiyyətində qalıb.
Futbolinfo.az xəbər verir ki, nigeriyalı cinah müdafiəçisinin belə gözlənilməz qərar qəbul etməsinə sağlıq problemi ilə üzləşməsi səbəb olub. Belə ki, həkimlər ürəyində problem aşkarlanan futbolçunun bu idman növü ilə məşğul olmasına qadağa qoyublar. Bu üzdən də Abdullahi 21 yaşında butslarını mıxdan asmalı olub.
Qeyd edək ki, Nuranın “Roma” ilə 2021-ci ilə qədər müqaviləsi var. Amma yaxın günlərdə klub rəhbərliyi ilə futbolçu arasında görüş baş tutacaq və tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verəcəklər. Amma “canavarlar” Abdullahiyə klub strukturunda iş verməyə hazırlaşır.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi