Dünya futbolu
“Tottenhem” doğma meydanda uduzdu
Futbol üzrə İngiltərə Premyer Liqasında 36-cı tura start ve…
Futbol üzrə İngiltərə Premyer Liqasında 36-cı tura start verilib.
Futbolinfo.az xəbər verir ki, şənbə günü altı qarşılaşma baş tutub.
“Kristal Pelas” – “Everton” matçında hesab açılmayıb. “Brayton” – “Nyukasl” oyununda da qalib müəyyənləşməyib. Altı qolun qeydə alındığı “Sauthempton” – “Bornmut” görüşündə də heç-heçə qeydə alınıb. “Fulhem” “Kardiff Siti” ilə ev oyununda minimal hesabla qələbə qazanıb. Səfərdə “Uotford”la qarşılaşan “Vulverhempton” da turu qələbə ilə başa vurub. “Tottenhem” isə “Vest Hem”lə ev oyunundan məğlubiyyətlə ayrılıb.
İngiltərə Premyer Liqası
36-cı tur
26 aprel
Liverpul – Haddersfild 5:0
Qol: Keyta, 1. Mane, 23; 66. Salah, 45; 83.
27 aprel
Tottenhem – Vest Hem 0:1
Qol: M.Antonio, 67.
Kristal Pelas – Everton 0:0
Fulhem – Kardiff Siti 1:0
Qol: Babel, 79.
Sauthempton – Bornmut 3:3
Qol: Lonq, 12. Uord-Prouz, 55. Targett, 67 – Qoslinq, 20. Kallum, 32; 86.
Uotford – Vulverhempton 1:2
Qol: Qrey, 49 – R.Ximenes, 41. Jota, 77.
Brayton – Nyukasl 1:1
Qol: Qross, 75 – A.Peres, 18.
28 aprel
15:00 Lester – Arsenal
17:05 Bernli – Mançester Siti
19:30 Mançester Yunayted – Çelsi