Dünya futbolu
"Ayaks" 23 ildən sonra…
Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyununda …
Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyununda "Tottenhem" öz meydanında "Ayaks"a 0:1 hesabı ilə məğlub olub. Amsterdam klubu bununla 23 ildən sonra ilk dəfə pley-offda səfərdə quru hesabla qalib gəlib.
Hollandlar axırıncı dəfə 1996-cı ildə "Panatinaikos"a Yunanıstanda 3:0 hesabı ilə qalib gəlib. "Ayaks" eyni zamanda tarixi ərzində pley-offlarda səfərdə keçirdiyi ilk oyunda qalib gəldiyi 28 görüşün 26-da növbəti mərhələyə adlayıb.
Erik ten Haqın yetirmələri həmçinin ardıcıl 3-cü səfər matçından qalibiyyətlə dönüb. 1/8 finalda "Real" (1:4), 1/4 finalda isə "Yuventus" (1:2) doğma arenasında amsterdamlılarla bacarmayıb. "Ayaks" ÇL-in bir mövsümündə pley-off mərhələsinin hər üç səfər görüşündə bunu bacaran 3-cü komanda olub. Bu göstəriciyə 2012-13 mövsümündə "Bavariya", 2017-18 mövsümündə isə "Real" nail olmuşdu.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib