Dünya futbolu
Paytaxt klubunda ciddi itki
İngiltərənin “Çelsi” klubu ciddi itki ilə ü…
İngiltərənin “Çelsi” klubu ciddi itki ilə üzləşib.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin müdafiəçisi Antonio Rudiger sıradan çıxıb.
Almaniya yığmasının şərəfini qoruyan futbolçu aldığı zədə səbəbindən mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək. Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu “Mançester Yunayted”lə 1:1 hesablı heç-heçəyə razılaşdıqları Premyer Liqa matçında sol dizindən zədə alıb. Zədəsi ciddi olan futbolçu artıq əməliyyat olunub. Bu üzdən də o, UEFA Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Çelsi”nin Premyer Liqadakı son iki, eləcə də Avropa Liqasındakı yarımfinal qarşılaşmalarında forma geyə bilməyəcək.
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-26 09:08
“Qarabağ”ın ildən-ilə böyüməsi məni qətiyyən təəccübləndirmir”
- Ölkə futbolu2024-04-26 10:17
Samir Abasov Laporta ilə görüşdü