Ölkə kuboku
Ən məhsuldar heç-heçə
Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin &l…
Futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Sumqayıt”la oyunu “Zirə”nin tarixində ən məhsuldar heç-heçə olub.
Futbolinfo.az xəbər verir ki, “qartallar” ilk dəfə üç qol vurduğu matçda eyni sayda top buraxıb. Bu qarşılaşmayadək müxtəlif turnirlərdə 43 heç-heçə edən komandanın sülhlə bitən görüşlərində belə məhsuldarlıq qeydə alınmamışdı.
Bu görüş “Zirə”nin kubokda keçirdiyi ev oyunlarında ilk heç-heçədi. “Sumqayıt”la duelədək öz meydanında keçirdiyi 5 matçda 3 qələbə qazanıb 2 dəfə məğlub olan komanda heç-heçə etməmişdi.
“Qartallar” ilk dəfə üç qol buraxdığı görüşdə məğlubiyyətdən qaçıb. Eyni zamanda komanda ilk dəfədi ki, üç qol vursa da, qələbə qazanmayıb.
Qeyd edək ki, Azərbaycan kubokunda ilk dəfə “Zirə”nin oyununda səfər qolu qaydası həlledici olub. Rəqib meydanında qolsuz heç-heçə edən “qartallar” evdə 3:3 hesablı sülhə imza atdığından mübarizəni dayandırıb.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var