Dünya futbolu
34 yaşlı futbolçu ilə yeni müqavilə
İngiltərənin “Vest Hem” klubu futbolçusu Pablo Z…
İngiltərənin “Vest Hem” klubu futbolçusu Pablo Zabaletanın müqaviləsinin müddətini artırıb.
Futbolinfo.az xəbər verir ki, London təmsilçisi argentinalı müdafiəçi ilə müddəti 2020-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2017-ci ildə “Mançester Siti”dən “Vest Hem”ə keçən Zabaletanın əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.
34 yaşlı müdafiəçi bu mövsüm 26 qarşılaşmada iştirak edib.