Premyer-liqa
“Qəbələ” – “Neftçi”: 49-cu duel
Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun oyu…
Sabah futbol üzrə Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, “Qəbələ” cari mövsümdə son ev oyununa çıxacaq.
“Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda “Neftçi”ni qəbul edəcək. Qəbələ təmsilçisi 49-cu dəfə paytaxt klubu ilə üz-üzə gələcək.
İndiyədək iki komanda ümumilikdə 48 dəfə görüşüb. Hesabında 17 qələbə və 11 heç-heçə olan “Qəbələ” 19 məğlubiyyət alıb. Top fərqində isə üstünlük “qırmızı-qaralar”ın tərəfindədir – 63:61.
Beş dəfə Azərbaycan kubokunda görüşən komandalar Premyer Liqa çərçivəsində 43 dəfə münasibətlərini aydınlaşdırıb. “Qəbələ” 16 dəfə üç, 9 dəfə bir xal qazanıbsa, 18 dəfə qələbə bakılıların olub. 56 qol sevinci yaşayan “qırmızı-qaralar” öz qapısında 55 top görüb.
“Neftçi” ilə 25-ci ev oyununa çıxacaq “Qəbələ”, doğma azarkeşlər önündə 8 qələbə qazanıb. 6 heç-heçə və 10 məğlubiyyətin də qeydə alındığı qarşılaşmalarda 63 qol vurulub. Qonaqlar top fərqində minimal üstünlüyə malikdir – 32:31.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”