Ölkə futbolu
“Zirə”nin futbolçusu 4-cü yerə şərik oldu
“Zirə”nin Premyer Liqadakı bombardirləri siyahısında …
“Zirə”nin Premyer Liqadakı bombardirləri siyahısında dəyişiklik olub.
Futbolinfo.az xəbər verir ki, 27-ci turun “Keşlə” ilə səfər oyununda (3:1) dubla imza atan Xulio Sezar Rodriqes, “qartallar”ın heyətində çempionatdakı qol sayını 6-ya çatdırıb.
Qış fasiləsində komandaya qoşulan paraqvaylı hücumçu, klub tarixinin bombardirləri sırasında 4-cü yerə şərik çıxıb. O, eyni sayda qola imza atan Yovan Krneta, Vüsal İsgəndərli, Aleksandr Dedova çatıb. Rodriqes yalnız üç oyunçudan – Nelson Bonilla (14), Riçard Qadze (10) və Milan Duriçdən (8) geri qalır.
Xulio “Zirə”nin heyətində ilk dubluna imza atıb. O, komandanın tarixinə bir çempionat matçında iki qol vuran 10-cu futbolçu kimi tarixə düşüb. Rodriqesə qədər 9 oyunçu ümumilikdə 12 dubla imza atmışdı. İki qol vuran forvard “Zirə”nin dubl sayını 13-ə çatdırıb. Nelson Bonilla üç, Təmkin Xəlilzadə iki dəfə belə uğura imza atıbsa, digər yeddi oyunçu, o cümlədən paraqvaylı bir qarşılaşmada iki dəfə fərqlənib.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Digər idman növləri2024-04-17 21:46
“Neftçi” finalda “Xəzri”yə rəqib oldu