Dünya futbolu
“Mançester Siti” 129 illik rekordu təkrarladı
“Mançester Siti” İngiltərə Premyer Liqasının 3…
“Mançester Siti” İngiltərə Premyer Liqasının 37-ci turunda “Lester”i minimal hesabla məğlub edib.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, “şəhərlilər” sözügedən qarşılaşmada yeni uğura imza atıblar. Belə ki, “Mançester Siti” Premyer Liqada ardıcıl iki mövsümdür bütün klubları ən azı bir dəfə məğlub etməyi bacarır.
“Mançester Siti” bununla da, Premyer Liqada 129 illik rekordu təkrarlayıb. Sonuncu dəfə belə göstəriciyə “Preston” klubu nail olub. “Preston” 1988/89 və 1989/90 mövsümlərində Premyer Liqada iştirak edən bütün klubları ən azı bir dəfə məğlub etməyi bacarıb.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…