Premyer-liqa
“Qarabağ”a çempionluq kuboku verildi – VİDEO+FOTOLAR
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövs&uum…
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün yekunlarına əsasən, mükafatlandırma mərasimi təşkil olunub.
Futbolinfo.az xəbər verir ki, tədbir 28-ci turun "Neftçi" – "Qarabağ" matçı yekunlaşdıqdan sonra 8-ci km stadionunda keçirilib.
Əvvəlcə “Səbail”ə bürünc, sonra isə "Neftçi"yə gümüş medallar verilib. Sonda səhnəyə “Qarabağ” dəvət olunub. Ağdam klubunun üzvlərin qızıl medallarını aldıqdan sonra Rəşad Sadıqov və artıq komandanın sıralarını tərk etsə də, məhz mükafatlandırma mərasimi üçün Bakıya dəvət olunmuş Ansi Aqolli çempionluq kubokunu başı üzərinə qaldırıb.
Qeyd edək ki, mükafatları AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edib.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”