Dünya futbolu
“Real” 45 il idi bu aqibətlə üzləşmirdi
“Real” İspaniya La Liqasının 37-ci turunda “Real …
“Real” İspaniya La Liqasının 37-ci turunda “Real Sosyedad”a məğlub olub.
Futbolinfo.az xəbər verir ki, 1:3 hesabıyla bitən görüşdə Madrid təmsilçisi yeni antirekorda imza atıb.
Belə ki, “Real Sosyedad”a uduzan “kral klubu”, cari mövsümdə 11-ci məğlubiyyətini alıb.
“Real” 21-ci əsrdə ilk dəfə olaraq bir mövsümdə 11 dəfə məğlub olur.
Zinəddin Zidanın rəhbərlik etdiyi kollektiv, La Liqada 37 turdan sonra 68 xalla 3-cü sırada qərarlaşıb. Komanda ən yaxşı halda bürünc medala sevinəcək. Bu da Madrid təmsilçisi üçün bir antirekord sayıla bilər. Məsələ burasındadı ki, “Real” son 45 ildə ilk dəfə ardıcıl iki mövsümü qızıl və gümüş medal qazanmadan bitirəcək. Komanda sonuncu dəfə 1974-cü idlə belə uğursuzluq yaşamışdı.