I Liqa
Divizionda da mövsümün son cəzaları bəlli oldu
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 26-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Səbail-2” – “Zirə-2” matçında “Səbail-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün, klub 80 manat cərimə olunub. Oyunun 28-ci dəqiqəsində “Zirə-2” klubunun futbolçusu Hüseyn Əhmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
“Qarabağ-2” – “Kəpəz” matçı Gəncə təmsilçisinə görə 10 dəqiqə gec başlayıb. Buna görə “Kəpəz” klubu 240 manat cərimə olunub.
“Keşlə-2” – “Zaqatala” matçında “Keşlə-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 69-cu dəqiqəsində “Keşlə-2” klubunun futbolçusu Əkbər Vəliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub.
“Ağsu” – “Turan Tovuz” matçında “Turan Tovuz”un 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.
“Sumqayıt-2” – “Şüvəlan” matçında “Şüvəlan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.