Dünya futbolu
Bakı finalı “Arsenal”da son oyunu olacaq
“Arsenal” Avropa Liqasının finalı çərçiv…
“Arsenal” Avropa Liqasının finalı çərçivəsində "Çelsi"yə qarşı Bakıda keçirəcəyi oyuna Danni Uelbeki də gətirə bilər.
Futbolinfo.az xəbər verir ki, zədəsini sağaldan ingilis hücumçu artıq komanda ilə məşqlərdə iştirak edir.
Onun həlledici qarşılaşmada forma geyinəcəyi gözlənilir. Eyni zamanda, paytaxtımızdakı Avroliqa finalı 28 yaşlı forvardın London klubunda son oyunu olacaq. "Topçular"ın baş məşqçisi Unai Emeri Uelbekin komandadan ayrılacağını təsdiqləyib.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Arsenal" – "Çelsi" oyunu yerli vaxtla 23:00-da başlayacaq.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Digər idman növləri2024-05-09 12:52
Kramarenkonun qızı millimizdə? – “Bu, ölkəmə xəyanət olar”