Ölkə futbolu
"Qəbələ" ardıcıl 6-cı dəfə avrokuboklarda!
Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün komandal…
Azərbaycanı avrokuboklarda təmsil edəcək bütün komandalar müəyyənləşdi. 4-cü vəsiqənin sahibi ölkə kubokunun finalında, "Qəbələ" – "Sumqayıt" görüşündən sonra bəlli oldu. Bu hüquqa rəqibi üzərində minimal hesabla qalib gələn "Qəbələ" yiyələndi – 1:0.
"Qırmızı-qaralar" ardıcıl 6-cı dəfə Avropa Liqasında mübarizə aparacaq. Onlarla yanaşı, çempionatın gümüş və bürünc medalçıları olan "Neftçi" və "Səbail" də bu turnirə qatılacaq. Ölkə çempionu "Qarabağ" isə Çempionlar Liqasında iştirak edəcək.
Avrokubokların 2019/2020 mövsümünün ilk püşkü iyunun 11-də baş tutacaq. Azərbaycan klubları ilkin raunddan azaddı.
Xatırladaq ki, "Qarabağ", "Neftçi" və "Səbail" yarışa I təsnifat mərhələsindən başlayacaq. Bu raundların oyunları Çempionlar Liqasında iyulun 9-10 və 16-17-də, Avropa Liqasında 11-də və 18-də keçiriləcək.
"Qəbələ" isə mübarizəyə II təsnifat mərhələsindən start verəcək. Bu mərhələnin matçları iyulun 25-də və avqustun 1-də baş tutacaq. Artıq “Qəbələ”nin püşkatma mərasimində hansı səbətdə yer alacağı da bəllidi. UEFA reytinqində əmsalı 6,250-ə bərabər olan “qırmızı-qaralar” səpələnmişlər səbətində yer alacaq.
Avropa Liqasının I təsnifat mərhələsinin səpələnmişlər səbətində qərarlaşacaq “Neftçi” və “Səbail”in yer aldıqları cütlüklər 2-ci raundda səpələnməmişlərdən olacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”