Dünya futbolu
Fransa klubundan baş məşqçi ilə yeni müqavilə
Fransanın “Anje” klubu baş məşqçisi Stefan Moul…
Fransanın “Anje” klubu baş məşqçisi Stefan Moulinin müqaviləsinin müddətini artırıb.
Futbolinfo.az xəbər verir ki, Liqa 1 təmsilçisi 51 yaşlı mütəxəssislə müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Moulin 2011-ci ildən “Anje”yə rəhbərlik edir. Onun çalışdırdığı komanda Liqa 1-də 37 turdan sonra 45 xalla 13-cü sırada yer alıb.