Dünya futbolu
Məsut Özildən azərbaycanlı azarkeşlərə müraciət – FOTO
İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsu…
İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsut Özil Bakıda “Çelsi”yə qarşı keçirəcəkləri Avropa Liqasının final matçı öncəsi azərbaycanlı azarkeşlərə müraciət ünvanlayıb.
Futbolinfo.az xəbər verir ki, “Tvitter”dəki rəsmi səhifəsi vasitəsilə açıqlama yayan türk əsilli alman yarımmüdafiəçi finala kimi qalan 7 günü səbirsizliklə gözlədiyini bildirib.
O, Azərbaycan dilində yerli fanatlara da səslənib: “Azərbaycanlı qardaşlarım! Biz bunu etdik – finaldayıq! Bakıda görüşənədək”.
Özil 2018-ci il oktyabrın 4-də "Qarabağ"la Bakı Olimpiya Stadionunda keçirdikləri Avropa Liqasının qrup mərhələsinin 2-ci tur oyunundan və paytaxt gəzintisindən fotolarını da paylaşıb.
Qeyd edək ki, Avropa Liqasının final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib