Dünya futbolu
“Beşiktaş” mövsümü qələbə, “Qalatasaray” məğlubiyyətlə başa vurdu
Futbol üzrə Türkiyə Super Liqasında sonuncu – 34-c&…
Futbol üzrə Türkiyə Super Liqasında sonuncu – 34-cü tura start verilib.
Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib.
Ötən tur çempionluğunu rəsmiləşdirən “Qalatasaray” “Sivasspor” səfərinə yollanıb. İstanbul təmsilçisi 7 qolluq qarşılaşmadan məğlub ayrılıb. “Başakşəhər” “Alanyaspor”la ev oyunundan heç-heçə ilə ayrılıb. “Beşiktaş” isə “Kasımpaşa”nı qəbul edib və çətin qələbəyə sevinib. “Trabzonspor” da “Rizəspor”la səfər matçında qalib gəlib.
Türkiyə Super Liqası
34-cü tur
24 may
Başakşəhər – Alanyaspor 1:1
Qol: U.Ceylan, 6 – J.Fernandes, 16.
Beşiktaş – Kasımpaşa 3:2
Qol: G.Yalçın, 10; 44; 45 – Hayradinoviç, 13. Koyta, 67.
Rizəspor – Trabzonspor 2:3
Qol: Boldrin, 16. Muriqi, 65 – Rodalleqa, 20. Melnyak, 24-öz qapısına. A.Omur, 43.
Sivasspor – Qalatasaray 4:3
Qol: Rıbalka, 43; 77. H.Arslan, 45. Kone, 79 – Linnes, 2. M.Çelik, 34; 82.
25 may
20:00 Konyaspor – Akhisarspor
20:00 Fənərbaxça – Antalyaspor
20:00 Göztəpə – Ankaragücü
20:00 Kayserispor – Ərzurumspor
20:00 Yeni Malatyaspor – Bursaspor