Dünya futbolu
PSJ-dən mövsümün son matçında məğlubiyyət
Futbol üzrə Fransa çempionatında mövsümə yeku…
Futbol üzrə Fransa çempionatında mövsümə yekun vurulub.
Futbolinfo.az xəbər verir ki, Liqa 1-də sonuncu – 38-ci turun bütün oyunları eyni gündə keçirilib və eyni saatda start götürüb.
Çempion PSJ “Reyms” səfərinə yollanıb və mövsümü məğlub başa vurub. “Monako” “Nitsa”ya uduzub. Lion “Olimpik”i “Nim”lə qarşılaşmadan, Marsel “Olimpik”i isə “Monpelye” ilə dueldən çətin qələbəylə ayrılıb.
Beləliklə, çempion PSJ ilə yanaşı, “Lill” və Lion “Olimpik”i Fransanı növbəti mövsümdə UEFA Çempionlar Liqasında təmsil etmək hüququna yiyələnib. Son iki pillədə qərarlaşan “Kan” və “Genqam” gələn mövsüm Liqa 2-də mübarizə aparacaq. 18-ci yeri tutan “Dijon”u isə elitada qalmaq üçün pley-off oyunları gözləyir.
Fransa Liqa 1
38-ci tur
24 may
Amyen – Genqam 2:1
Qol: Jirassi, 14. Qoddos, 47 – Mendi, 66.
Anje – Sent-Etyen 1:1
Qol: Moulin, 70-öz qapısına – Nordin, 64.
Kan – Bordo 0:1
Qol: Sankare, 19.
Dijon – Tuluza 2:1
Qol: Sliti, 58. Tavares, 62 – Diakite, 33.
Olimpik (Marsel) – Monpelye 1:0
Qol: Toven, 56.
Nant – Strasburq 0:1
Qol: Motiba, 60-pen.
Nitsa – Monako 2:0
Qol: Badiaşile 36-öz qapısına. Bihan, 67-pen.
Nim – Olimpik (Lion) 2:3
Qol: Ripar, 11. Bobikon, 45 – Korne, 6; 89. Ndombele, 90.
Reyms – PSJ 3:1
Qol: Baba, 36. Kafaro, 56. Çavarria, 90 – Mbappe, 59.
Renn – Lill 3:1
Qol: Nyanq, 16-pen; 71. Sarr, 59 – Remi, 35.