Dünya futbolu
Emil Balayev oynadı, “Tobol” qalib gəldi
Futbol üzrə Qazaxıstan çempionatında 12-ci turun oyunla…
Futbol üzrə Qazaxıstan çempionatında 12-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin formasını geyindiyi “Tobol” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə “Taraz” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Emil də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Tobol” hazırda 26 xalla 12 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.