Ölkə futbolu
Bakıya gələn turistlərə xoş sürpriz – FOTO
Bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq Avropa Liqasının…
Bu gün Bakı Olimpiya Stadionunda baş tutacaq Avropa Liqasının final qarşılaşmasını izləmək üçün paytaxtımıza təşrif buyuran turistlər Bakı Hava Limanında xoş sürprizlə üzləşir.
Futbolinfo.az xəbər verir ki, həlledici qarşılaşmada üz-üzə gələcək İngiltərənin iki təmsilçisi – “Çelsi” və “Arsenal”ı izləmək üçün gələn azarkeşlərin hər birinə Tofiq Bəhramovun şəkli əks olunan açarlıq hədiyyə edilir.
Bu da əbəs deyil. 1966-cı ildə keçirilən Dünya Çempionatında yan xətt hakimi olmuş mərhum həmyerlimizin verdiyi qərar İngiltərə yığmasının tarixində yeganə qızıl medalını qazanılmasını şərtləndirmişdi. (Sport24.az)
Qeyd edək ki, “Çelsi” – “Arsenal” qarşılaşması saat 23.00-da start götürəcək.