Dünya futbolu
Bakıdakı finalın ən yaxşısı adına 4 namizəd
UEFA Avropa Liqasında final mərhələsinin oyunundan sonra qarşıla…
UEFA Avropa Liqasında final mərhələsinin oyunundan sonra qarşılaşmanın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Futbolinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunun ən yaxşısı adına “Arsenal”ı 4:1 hesabıyla məğlub edən “Çelsi”dən 4 futbolçu namizəd göstərilib. Bunlar müdafiəçi Emerson Palmieri, yarımmüdafiəçi Eden Hazard və hücumçular Pedro Rodriqes və Olivye Jirudur.
Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.