Dünya futbolu
Əla bayram təşkil etdik, indi də futbol oynamağı öyrənək
Hayla bağlı hay-küyün olmadığını düşünü…
Hayla bağlı hay-küyün olmadığını düşünün və Avropa Liqasının Bakı finalı öncəsi mənzərəni xatırlayın. Hər şey çox gözəl idi. Bir mənfur futbolçuyla bağlı yersiz qarışıqlıq yarandı və cəzasını da klubu “Arsenal” çəkdi.
Azərbaycan bu təşkilatçılıqla həm də Avropaya meydan oxudu. Min cür hiylə, yalançı şoular imic korlamağa yetmədi. Bakı dünyanın ən əmin-aman şəhərlərindən biri kimi tarixə möhürünü vurdu. Ən xırda problem olmadan vacib matç təşkil olundu. Bu, dövlətin qələbəsi, səriştəli işin nəticəsi idi.
Doğrudu futbolun doğulduğu ölkənin iki komandası futbolun öldü(rüldü)yü ölkədə final oynayırdı. Azərbaycan futbolu bu sahəyə dəxli olmayan insanların əlindədi və məhv olmaqda davam edir, ənənələrimiz itir. Təşkilatçılıqla bağlı bacarığımız isə AFFA-nın uğuru deyildi. Hadisələrin gedişi göstərdi ki, hər şeyə ən yüksək səviyyədə nəzarət olunur və nəticəsini də möhtəşəm gecədə gördük. Kaş futbolumuz da o səviyyədə ola idi.
Bakı küləyinin London dumanını dağıtmasına ehtiyac qalmadı. Hava sakit, günəşli idi və İngiltərə paytaxtının klubları da aralarında olan fərqi bir hissəyə göstərdi. Kimsənin narazı qalmağa əsası olmadı. Komandalar öz aqibətlərini özləri müəyyən etdi, azarkeşlər, turistlər isə ən ideal şəraitlə, bayramla qarşılandılar.
Final Bakıya, Bakı finala çox yaraşırdı. Futbol da Azərbaycana yaraşır, indi əsas hədəf o səviyyə üçün özümüzü inkişaf etdirməyimizdi. Dövlət bu işə də əncam çəksə, pis olmaz. Hansısa hay törəməsiylə bağlı yaranan problemi yada salıb, öz futboçularımızın yetişməsini, aparıcı klublarda oynamasını düşünməli, bunun üçün çalışmalıyıq. Təşkilatçılıq yaxşıdı, amma həm də futbol oynamalıyıq.
CAVAD