Dünya futbolu
Mustivar və Gerye yekun heyətdə
Haiti millisinin KONKAKAF Qızıl kuboku üçün yekun h…
Haiti millisinin KONKAKAF Qızıl kuboku üçün yekun heyəti müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, 40 nəfərlik siyahı "23-lüy"ə düşüb.
Azərbaycan Premyer Liqasında çıxış edən 2 futbolçu da yekun siyahıda saxlanılıb. Belə ki, baş məşqçi Mark Kollat "Qarabağ"ın müdafiəçisi Vild-Donald Gerye və "Neftçi"nin yarımmüdafiəçisi Soni Mustivarın xidmətindən yararlanmaq qərarına gəlib.
Qeyd edək ki, Haiti yığması ABŞ-da keçiriləcək turnirin B qrupunda Kosta Rika, Nikaraqua və Bermuda ilə mübarizə aparacaq. Komanda oyunlarını iyunun 16-da, 20-də və 24-də keçirəcək. Qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala adlayacaq. (matc.az)