Dünya futbolu
Şeydayevin baş məşqçisi dəyişir
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərə…
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Krılya Sovetov” klubu baş məşqçi dəyişikliyinə hazırlaşır.
Futbolinfo.az xəbər verir ki, rəhbərlik indiki çalışdırıcı Miodraq Bojoviçin fəaliyyətindən narazıdı.
Son 7 oyunda cəmi 1 xal toplayan və Premyer Liqanı tərk etmək təhlükəsi yaşayan samaralılar elitada qalmaq üçün pley-off görüşləri keçirəcək. Komanda "Nijni Novqorod"la qarşılaşacaq. Məğlubiyyət təqdirində Bojoviçin qovulacağı dəqiqdi. Komanda hətta qalib gəlib elitada qalsa belə, monteneqrolu mütəxəssisin Samara təmsilçisində qalması sual altında olacaq.
Qeyd edək ki, "Krılya Sovetov"la "Nijni Novqorod" arasında ilk oyun bu gün, cavab qarşılaşması isə iyunun 2-də keçiriləcək.