Dünya futbolu
Dəniz Yılmazın komandası baş məşqçisi ilə vidalaşdı
Türkiyənin “Gənclərbirliyi” klubunda gözləni…
Türkiyənin “Gənclərbirliyi” klubunda gözlənilməz baş məşqçi istefası qeydə alınıb.
Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Dəniz Yılmazın formasını geyindiyi komandanı çalışdıran İbrahim Üzülməzlə yollar ayrılıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Geridə qalan mövsümdə paytaxt klubu ilə TFF 1-ci liqada 2-ci yeri tutan, nəticədə komandanı Super Liqaya çıxaran gənc mütəxəssisin sürpriz istefasının səbəbi məlum deyil.
Xatırladaq ki, Üzülməz mövsümün gedişində istefaya göndərilən Erkan Sözərini əvəzləmişdi. 45 yaşlı məşqçinin rəhbərliyi altında 10 oyuna çıxan “Gənclərbirliyi” 7 qələbə qazanıb, 1 heç-heçəyə razılaşıb, 2 oyunda məğlubiyyətlə üzləşib.