Milli komanda
Eddi İsrafilov millimizin heyətindən kənarlaşdırıldı
AÇ-2020-nin seçmə mərhələsi çərçivəs…
AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan və iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Futbolinfo.az xəbər verir ki, bu oyunlara hazırlığını Bakıda davam etdirən millimizin yarımmüdafiəçisi Eddi İsrafilov sıradan çıxıb.
Klubunun son matçında zədələnən və həkim müayinəsinin nəticəsinə əsasən 4 həftə oynamayacaq Eddi İsrafilov millinin toplanışında iştirak edə bilməyəcək. Komandaya əlavə futbolçu dəvət olunmyacaq və milli rəsmi oyunlara hazırlığını 26 futbolçu ilə davam etdirəcək.