Dünya futbolu
Türkiyə millisi Yunanıstana qalib gəldi
Futbol üzrə Türkiyə yığması yoxlama oyunu keçiri…
Futbol üzrə Türkiyə yığması yoxlama oyunu keçirib.
Futbolinfo.az xəbər verir ki, qardaş ölkə millisi doğma meydanda Yunanıstan yığmasıyla qarşılaşıb.
Antalyada baş tutan qarşılaşma “ay-ulduzlular”ın qələbəsiylə başa çatıb – 2:1. Türklərin heyətində 11-ci dəqiqədə Cengiz Ünder, 17-ci dəqiqədə isə Kənan Karaman fərqlənib. Yunanlar isə yalnız əlavə vaxtın son saniyələrində Dimitrios Kurbelislə təsəlli qoluna imza atıblar.
Türkiyə millisi iyunun 2-də Özbəkistan yığmasıyla da yoxlama matçında qüvvəsini sınayacaq. “Ay-ulduzlular” iyunun 8-də AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində doğma meydanda Fransayla, Yunanıstan isə İtaliya ilə üz-üzə gələcək. Ayın 11-də isə Türkiyə səfərdə İslandiyanın qonağı olacaqsa, yunanlar evdə Ermənistanla münasibətlərinə aydınlıq gətirəcək.