Dünya futbolu
Super Liqa klubunda yeni baş məşqçi
Türkiyənin “Kasımpaşa” klubunun yeni baş məşq&c…
Türkiyənin “Kasımpaşa” klubunun yeni baş məşqçisi məlum olub.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisinin “sükan”ı İbrahim Üzülməzə tapşırılıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Üzülməzlə razılaşmanın detalları açıqlanmayıb.
İbrahim Üzülməz bir neçə gün əvvəl “Gənclərbirliyi” klubunda baş məşqçi postundan istefa vermişdi. Onun paytaxt təmsilçisini Super Liqaya çıxardığı halda postundan ayrılması gözlənilməz olsa da, tezliklə başqa bir kluba baş məşqçi təyin olunacağı bir o qədər gözlənilən idi.