Dünya futbolu
Cənubi Amerikanın “super”i – “River Pleyt”
Futbol üzrə Cənubi Amerika Super Kubokunun qalibi məlum olub.
…
Futbol üzrə Cənubi Amerika Super Kubokunun qalibi məlum olub.
Futbolinfo.az xəbər verir ki, həlledici görüşdə “River Pleyt”lə “Atletiko Paranaense” klubları üz-üzə gəlib.
İlk oyunda 0:1 hesabıyla məğlub olan “River Pleyt”, cavab qarşılaşmasında 3 cavabsız qolla qalib gələrək, kubokun sahibi olub.
“River Pleyt” klub tarixində 3-cü dəfə Cənubi Amerika Super Kubokunu qazanıb. Argentina təmsilçisi bundan əvvəl 2015 və 2016-cı ildə də bu kubokun qalibi olmuşdu.