Ölkə futbolu
“Sabah”dan yeni transfer
“Sabah” heyətini yeni futbolçu ilə gücləndi…
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, Cavid Tağıyev bundan sonra sözügedən komandanın uğurları üçün çalışacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb.
Karyerası ərzində “Turan”, AZAL, “Qarabağ” və “Zirə”də çıxış etmiş yarımmüdafiəçinin son komandası “Sumqayıt” olub.
Tağıyev Azərbaycan millisində 2 oyun keçirib.