Dünya futbolu
Riberidən yeni rekord
Almaniyanın “Bavariya” (Münhen) komandasının frans…
Almaniyanın “Bavariya” (Münhen) komandasının fransız yarımmüdafiəçisi Frank Riberi yeni rekorda imza atıb. Futbolinfo.az xəbər verir ki, 30 yaşlı təcrübəli futbolçu komandasının heyətində 39 oyundu ki, məğlubiyyətin nə olduğunu bilmir.
2012/13-cü il mövsümünün Avropada ən güclü futbolçusu seçilən Riberi son turda “Herta” (Berlin) klubu ilə qarşılaşmadan da qalib ayrılaraq yeni rekorda imza atıb. Bununla da o, yeni rekord müəyyənləşdirib. 39 oyundu meydandan üzüağ çıxan fransız ulduz "Bavariya" forması altında son məğlubiyyətini 2012-ci ildə Belarusun BATE komandasına qarşı oyunda alıb.
Maraq üçün deyək ki, bundan əvvəlki rekord 1982-1983-cü il mövsümündə "Hamburq" komandasının formasını geyinən Holqer Hirenimusa məxsus idi.