Dünya futbolu
Neymar Amerika Kubokunu buraxacaq
Braziliya yığması aparıcı oyunçusu Neymarı itirib. Ulduz …
Braziliya yığması aparıcı oyunçusu Neymarı itirib. Ulduz futbolçu Qətərlə keçirilən yoldaşlıq görüşündə sıradan çıxıb. Qarşılaşmanın 21-ci dəqiqəsində zədələnərək əvəzlənən 27 yaşlı hücumçu meydandan göz yaşları ilə çıxıb.
Tibbi personalın köməyi ilə paltardəyişmə otağına yollanan PSJ-nin forvardı stadionu qoltuq ağacında tərk edib. Tibbi müayinə zamanı Neymarın sağ topuğunun bağlarının qırıldığı aşkarlanıb. O, 15 iyun – 7 iyul aralığında keçiriləcək Amerika Kubokunu buraxmalı olacaq.
Qeyd edək ki, Braziliyada keçiriləcək turnirdə ev sahibləri Venesuela, Peru və Boliviya ilə eyni qrupda yer alıb.
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib
- I Liqa2024-04-30 14:45
“Araz Saatlı”nın məşqçisinə 2 oyunluq cəza
- Ölkə futbolu2024-04-30 10:29
“Qarabağ” üçün daha bir potensial rəqib
- Dünya futbolu2024-04-30 11:32
“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir