Dünya futbolu
Kaka özünü xatırlatdı
İtaliya A Seriyasının 10-cu turunda "Milan" klubu öz…
İtaliya A Seriyasının 10-cu turunda "Milan" klubu öz meydanında "Latsio" komandasını qəbul edib. Futbolinfo.az xəbər verir ki, uzun müddətdən sonra "Milan"a geri dönən Kaka paytaxt klubu ilə qarşılaşmada vurduğu baxımlı qolla özünü "San Siro"ya xatırladıb.
4 ildən sonra "Milan" klubuna geri dönən sambacı 5 il sonra "San Siro"da ilk qolunu vurub. Kakanın bundan əvvəlki qolu isə 2008-ci ildə "Udineze" ilə qarşılaşmaya təsadüf etmişdi.
Maraq üçün qeyd edək ki, Kaka “Milan” forması altında 271 oyuna çıxıb və rəqib qapılarından 96 top keçirib.