Milli komanda
Qara Qarayev: “Yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”
AÇ-2020-nin seçmə mərhələsində Macarıstan yığmas…
AÇ-2020-nin seçmə mərhələsində Macarıstan yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının yarımmüdafiəçisi Qara Qarayev media nümayəndələri ilə görüşüb.
Futbolinfo.az xəbər verir ki, o, jurnalistlərlə görüşdə bunları deyib:
– Sabahkı oyun bizim üçün çox önəmlidi. Rəqibin gücünü bilirik. Xorvatiyanı məğlub etməklə bunu göstərdilər. Azarkeşlərimizin dəstəyi ilə əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
– Bir aya yaxındı ki, bir yerdəsiz. Çatışmayan nəsə varmı?
– Hər hansı məğlubiyyət haqda danışmaq istəmirik. Futbolda hər şey mümkündü. Məğlub olsaq da, “nəsə çatışmazlıq var” deyə bilmərik. Nədənsə gileylənəcəyimiz, narazı olduğumuz bir məsələ yoxdu. (komanda.az)
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar