Dünya futbolu
Millətlər Liqasının ilk qalibi – Portuqaliya!
Futbol üzrə UEFA Millətlər Liqasının qalibi bəlli olub.
…
Futbol üzrə UEFA Millətlər Liqasının qalibi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, həlledici görüşdə Portuqaliya millisi Hollandiya ilə qarşılaşıb. Portu şəhərində keçirilən qarşılaşmanı ispaniyalı referi Alberto Undiano Malyenko idarə edib. Oyunun taleyini isə turnirə ev sahibliyi edən portuqalların matçın sonlarına yaxın vurduqları yeganə qol həll edib. Beləcə, tarixdə ilk dəfə keçirilən UEFA Millətlər Liqasının qalibi Portuqaliya yığması olub.
Final matçından əvvəl isə turnirin bürünc medalçısı bilinib. 3-cü yer uğrunda keçirilən görüşdə İngiltərə millisi İsveçrə ilə üz-üzə gəlib. Rumıniyalı hakim Ovidiu Haçeqanın idarə etdiyi bu matçın əsas və əlavə vaxtında qapılara qol vurulmayıb. Bu üzdən də qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən İngiltərə millisi bu turnirin bürünc medallarını qazanıb.
UEFA Millətlər Liqası
9 iyun
3-cü yer uğrunda matç
İsveçrə – İngiltərə 0:0 (penaltilər – 5:6)
Baş hakim: Ovidiue Haçeqan (Rumıniya)
Gimaraynş. “Afonsu Enrikeş” stadionu
Final
Portuqaliya – Hollandiya 1:0
Qol: Qonsalo Qedeş, 60.
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Portu, “Draqau”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq